Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Bank of Baku» ASC 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar «Bolkart» sahibləri üçün «Xanımlara müjdə» kampaniyasına başlayır.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, yalnız bir gün, martın 8-də «Bolkart» sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 8 ay ərzində bərabər hissələrlə ödəmək imkanı əldə edəcəklər.
«Beləliklə, «Bolkart» sahibi yalnız 3 və ya 6 aylıq ödənişli mağazada 8 mart tarixində alış-veriş edəcəyi təqdirdə, malın dəyərini 8 aya bölüb daha rahat ödəyəcək. Bu kampaniya yalnız parfüm, geyim, ayaqqabı, aksesuar mağazaları üçün keçərlidir», - deyə Bankdan bildirilib.
Qeyd edək ki, «Bank of Baku»nun «Bolkart» kredit kartları istifadəçilərinin ümumi sayı artıq 200 mini keçib.