Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivləri 2013-cü il iyulun 1-nə 383 mln. manat təşkil edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 280,5 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi iyulun 1-nə 174,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 138,5 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.
Bankın məcmu kapitalı isə iyulun 1-nə 57,2 mln. manata bərabər olub.