Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 229,649 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 31,3% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 33,6% artaraq 148,157 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 33,855 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 30,9% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 6,1 dəfə azalaraq 0,304 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 8,5 dəfə azalaraq 0,2%-ə düşüb.
Bankın depozit portfeli son bir ildə 38,8% azalaraq 104,764 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 34,243 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,9% çoxdur.
Son bir ildə bankın məcmu kapitalı 37,0% artaraq 119,157 mln. manat, o cümlədən nizamnamə kapitalı 29,1% artaraq 101,707 mln. manat təşkil edib.
Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 10,6% artaraq 52 109, o cümlədən fiziki şəxslərin sayı 10,5% artaraq 51 648, hüquqi şəxslərin sayı 45,9% artaraq 461 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 27 325-ə bərabər olub ki, bu da illik müqayisədə 11,1% azdır. O cümlədən, debet kartların sayı 12,7% azalaraq 26 234-ə, kredit kartların sayı 65,6% artaraq 1 091-ə çatıb.
Hazırda bankın ölkə üzrə 14 filialı, 62 bankomatı, 263 POS-terminalı fəaliyyət göstərir. Bankın 352 işçisi var.