Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin 2013-cü ilin yanvar-iyun aylarında əldə etdiyi gəlirlərin həcmi 15,636 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, hesabat dövründə bankın xərcləri 21,3% artaraq 9,784 mln. manata çatıb.
«Expressbank»ın hesabatına əsasən, ilk yarımillik ərzində bank 5,164 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 30,3% azdır.
Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 12,124 mln. manata, qeyri-faiz gəlirləri 3,512 mln. manata, faiz xərcləri 2,690 mln. manata, qeyri-faiz xərcləri isə 7,781 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 6,2% artaraq 9,434 mln. manata, qeyri-faiz zərəri isə 2,9 dəfə artaraq 4,269 mln. manata çatıb.