Bank Of Baku

«Finca Azerbaijan»ın kredit portfeli gələn il 10% artacaq

«Finca Azerbaijan»ın kredit portfeli gələn il 10% artacaq
# 30 dekabr 2013 09:26 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Finca Azerbaijan» qeyri-bank kredit təşkilatına yeni baş icraçı menecer təyin olunub. Bundan sonra bu vəzifəni Timoti Tarrant icra edəcək.

 

«APA-Economics»in məlumata görə, bununla bağlı bu gün təşkilatın Bakıdakı baş ofisindən keçirilən mətbuat konfransında bildirilib ki, «Finca Azerbaijan»ın müştər bazasının 86%-i regionları təmsil edir, kredit alanların 34%-i isə qadınlardır.

 

T.Tarrant 2014-cü ildə «Finca Azerbaijan»ın kredit portfelinin 10% artaraq 220 mln. ABŞ dollarına çatacağını proqnozlaşdırdıqlarını bildirib.

 

Qeyd edək ki, artıq 15  ildir fəaliyyət göstərən «Finca Azerbaijan» indiyədək müştərilərə toplamaq olaraq 1 mlrd. dollara yaxın kredit verib. Təşkilatın cari kredit portfelinin həcmi isə hazırda 190 mln. dollar təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR