Bank Of Baku

Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində mükafat alıb

Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində mükafat alıb
# 09 fevral 2018 14:45 (UTC +04:00)

Moskva şəhərində keçirilən “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın 4 şirkəti Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “İlin ən yaxşı məhsulu 2018” nominasiyası üzrə qızıl medallara layiq görülüb.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın “Ayan” MMC şirkəti mineral çeşmə suyuna və alkoqolsuz içkiyə, “Bal xurma” şirkəti quru xurma və yarıqurudulmuş xurma məhsuluna görə hər biri 2 qızıl medalla təltif olunub. Bundan başqa, “Azərstar” şirkəti fındıq nüvəsi və fındıq ununa, Babək “Sirab” ASC təbii və müalicəvi suya görə qızıl medal alıb.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu isə “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinə göstərdiyi dəstəyə görə mükafata layiq görülüb.

 

Qeyd edək ki, fevralın 9-dək davam edən Sərginin Azərbaycan pavilyonunda ölkəmizdə istehsal edilən meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar vahid ölkə stendi ilə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR