Bank Of Baku

«Kapital Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Kapital Bank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 18 iyul 2013 07:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gündən Azərbaycanın «Kapital Bank» ASC-nin adi sənədli adlı səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi başlanılır. Birjadan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 manat, sayı 3 mln. ədəd, emissiyanın ümumi həcmi isə 30 mln. manat təşkil edir.

 

Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 60% artaraq 80 mln. manata çatacaq. Sözügedən qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edir.

 

Qeyd edək ki, «Kapital Bank» ASC 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (99,76%) və bankın əmək kollektivi (0,24%) çıxış edir. Hazırda bankın nizamnamə kapitalı 50 mln. manat təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR