Bank Of Baku

«Kapital Bank»ın likvidlik əmsalı 70%-ə çatıb

«Kapital Bank»ın likvidlik əmsalı 70%-ə çatıb
# 06 fevral 2014 08:43 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 1 048,645 mln. manat, kredit portfeli 751,334 mln. manat təşkil edib. Hesabat ili nəticəsində Bankın ümumi gəlirləri 124,927 mln. manata, o cümlədən faiz gəlirləri 61,163 mln. manat, qeyri-faiz gəlirləri 63,764 mln. manata, ümumi xərcləri isə 103,626 mln. manata bərabər olub.

 

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yekununda «Kapital Bank»ın mənfəəti 21,301 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin nəticələri ilə müqayisədə 2 dəfə çoxdur. Ötən il ərzində Bankın məcmu kapitalı 164,474 mln. manat, o cümlədən ödənilmiş nizamnamə kapitalı 80,0 mln. manat, cəlb edilmiş vəsaitlər 792,202 mln. manat olub. Cəlb edilmiş vəsaitlərin 104,631 mln. manatı fiziki şəxslərin əmanətlərinin payına düşür. Əvvəlki ilin nəticələri ilə müqayisədə «Kapital Bank»ın məcmu kapitalı 45%, nizamnamə kapitalı isə 60% artıb.

 

Təhlil olunan ilin yekunlarına görə, «Kapital Bank»da aktivlərin rentabelliyi (ROA) 1,60%, kapitalın rentabelliyi (ROE) 33,36%, likvidlik əmsalı isə 69,83% təşkil edib.

 

İl ərzində Bankın aktiv plastik kartlarının sayı 2 193 857-ə, bankomatların sayı 480-ə, POS–terminalların sayı 473-ə çatıb.

 

Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan «Kapital Bank» 2013-cü ildə 89 filial və 11 şöbə ilə fəaliyyət göstərib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR