Bank Of Baku

«Moody’s» agentliyi «Unibank»ın reytinqi üzrə proqnozunu artırıb

«Moody’s» agentliyi «Unibank»ın reytinqi üzrə proqnozunu artırıb
# 31 mart 2014 12:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq agentliyi Azərbaycanın «Unibank» ASC-nin reytinqi üzrə proqnozlarını «pozitiv»ə qədər yüksəldib və bankın uzunmüddətli öhdəliklər reytinqini «B2» səviyyəsində təsdiqləyib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, agentlik bankın maliyyə dayanıqlılığı reytinqini isə «E+» səviyyəsində dəyərləndirib.

 

Beynəlxalq  agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, «Unibank» son illərdə  sağlam aktivlərin keyfiyyətini daha da artırıb və möhkəm gəlirliliyə nail olub. Çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və  pərakəndə müştərilərin françayzinqinin aktivliyi «Moody’s» agentliyinin «Unibank»la bağlı reytinq proqnozlarının «stabil»dən «pozitiv»ə yüksəltməsinə səbəb olub. «Moody’s» ekspertləri təsdiq edirlər ki, bank reytinqinin daha da yüksəlməsi imkanları, gələcəkdə əsas maliyyə göstəricilərini davamlı yaxşılaşdırmaq iqtidarında olmasından asılıdır.

 

Xatırladaq ki, bu günlərdə «Fitch Ratings» beynəlxalq reytinq agentliyi də «Unibank» ASC-nin «B» səviyyəli uzunmüddətli reytinqi üzrə proqnozunu «stabil» səviyyəsindən  «pozitiv»ə yüksəldib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR