Bank Of Baku

«Muğanbank» aktivlərin həcmini artırıb

«Muğanbank» aktivlərin həcmini artırıb
# 26 noyabr 2012 09:15 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Muğanbank» ASC cari ilin noyabrın 1-nə olan maliyyə göstəricilərini açıqlayıb.

 

«APA-Economics»in bankın yaydığı xəbərə istinadən verdiyi məlumata görə, noyabrın 1-nə «Muğanbank»ın aktivlərinin həcmi 269,065 mln. manata çatdırılıb ki, bu da ötən ayla müqayisədə 2,6% çoxdur. Bankın məcmu kapitalı isə 39,590 mln. manat təşkil edib.

 

Həmçinin, əhalinin əmanətləri 78,844 mln. manata çatdırılıb. Bankın kredit portfeli isə artaraq 204,666 mln. manat təşkil edib.

 

«Göstərilən tarixə «Muğanbank» ASC-nin faiz gəlirləri 22,280 mln. manata, qeyri-faiz gəlirləri isə 10,379 mln. manata çatdırılıb», - deyə bankın məlumatında qeyd olunub.

 

«Muğanbank» ASC-nin müvafiq dövr üçün likvidlik əmsalı 57,79%-ə bərabər olub.

 

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR