Bank Of Baku

«NBC Bank» müştərilərə «Yubiley Əmanəti»ni təqdim edib

«NBC Bank» müştərilərə «Yubiley Əmanəti»ni təqdim edib
# 16 noyabr 2012 14:49 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin yaradılmasının 20 illiyi ilə əlaqədar olaraq müştərilərə yeni «Yubiley Əmanəti» təqdim olunub.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Yubiley əmanəti» üzrə depozit yerləşdirən bankın hər bir müştərisi illik 14% dərəcəsi ilə gəlirlərini artıra bilər.

 

«Əmanətin bir sıra üstünlükləri var ki, bura hər ay faizlərin götürülməsi və hər ay ilkin məbləğin 50%-i həcmində pulun əlavə edilməsi, hər bir müştəriyə əmanətin məbləğinin 80%-i həcmində kredit xəttinin açılması, pulsuz plastik kart və eləcə də digər şərtlər daxildir», - deyə Bankdan bildirilib.

 

Qeyd edək ki, depozit üzrə minimum məbləğ 500 AZN/USD/EUR təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR