Bank Of Baku

«NBC Bank» nizamnamə kapitalını artırır

«NBC Bank» nizamnamə kapitalını artırır
# 27 iyun 2013 11:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «NBC Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.


QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 176,92 manat, sayı 149 984 ədəd, emissiyanın ümumi həcmi isə 26 535 169,28 manat təşkil edir.


Emissiya «NBC Bank»ın hər birinin nominal dəyəri 150,25 manat olan 149 984 ədəd (ümumi həcmi 22 535 096 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 17,8% artaraq 26 535 169,28 manata çatacaq.

 

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrında «Ruzu» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR