Bank Of Baku

«PAŞA Həyat Sığorta» şirkəti yaxın perspektiv üçün planlarını açıqlayıb

«PAŞA Həyat Sığorta» şirkəti yaxın perspektiv üçün planlarını açıqlayıb
# 28 noyabr 2012 09:15 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» şirkətinin 2012-ci ilin yanvar-oktyabr ayları üzrə sığorta yığımları 12,459 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

 

N.İsmayılovun sözlərinə görə, dövr ərzində könüllü sığorta növləri üzrə yığımların həcmi 3,691 mln. manat, icbari sığorta növləri üzrə isə 8,768 mln. manat olub. Göründüyü kimi, könüllü növlərin yığımlarda payı artıq 30% təşkil edir ki, bu da N.İsmayılovun fikrincə, çox müsbət göstəricidir. Ümumilikdə, könüllü növlərin payı bu il ərzində daim artım dinamikasını əks etdirir və şirkətin proqnozlarına görə, ilin yekunlarına görə, könüllü növlərin yığımlarda xüsusi çəkisi 40%-dək artacaq. N.İsmayılovun sözlərinə, ilin sonunda şirkətin yığımlarının həcmi 14 mln. manat səviyyəsində gözlənilir.

 

Yanvar-oktyabr ayları üzrə sığorta ödənişlərinin həcmi 252 min manat təşkil edib ki, bu da illik müqayisədə təxminən 3 dəfə çoxdur. N.İsmayılov bildirib ki, ödənişlərin tərkibində 88,627 min manatı könüllü, 163 min manatı isə icbari növlərin payına düşür. Qeyd edək ki, icbari sığorta növləri üzrə şirkət hazırda 1000 təşkilata sığorta xidmətləri göstərir və ümumilikdə təxminən 200 min müştərisi var.

 

Şirkətin mənfəəti ilin yekunlarına görə təxminən 5 mln. manat səviyyəsində gözlənilir ki, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Qeyd edək ki, əldə olunacaq mənfəətin şirkətin kapitalının artırılmasına yönəldilməsi nəzərdə tutulub. Ümumilikdə, gələn il şirkətin nizamnamə kapitalı indiki 15,050 mln. manata nisbətən daha 5 mln. manat artırılacaq.

 

Şirkətin yaxın planları barədə danışan N.İsmayılov bildirib ki, gələn il «PAŞA Həyat Sığorta» bazara daha 5 yeni sığorta məhsulu çıxarmaq niyyətindədir ki, bunlar həm banklar, həm də sığorta agentləri vasitəsi ilə satılacaq. Ümumilikdə, N.İsmayılov şirkətin agent şəbəkəsinin genişləndirmək niyyətində olduğunu bildirsə də, vurğulayıb ki, dünya praktikasında həyat sığortası ilə məşğul olan şirkətlər məhsullarını əsasən banklar vasitəsi ilə satır. Lakin eyni zamanda agent şəbəkəsi də inkişaf etdiriləcək. Bundan başqa şirkət gələn il Gəncə şəhərində nümayəndəlik açmağı planlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR