Bank Of Baku

«PASHA Həyat Sığorta» şirkəti yaxın illərdə investisiya siyasətini dəyişməyəcək

«PASHA Həyat Sığorta» şirkəti yaxın illərdə investisiya siyasətini dəyişməyəcək
# 19 iyul 2013 12:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «PASHA Həyat Sığorta» şirkəti yaxın zamanlarda investisiya siyasətini dəyişmək niyyətində deyil. «APA-Economics»in xəbər verdiyi kimi, bunu şirkətin risklərin idarə edilməsi şöbəsinin müdiri Pərviz Quliyev bəyan edib.

 

P.Quliyevin sözlərinə görə, hazırda təxminən 32 mln. manata bərabər olan şirkətin investisiya portfelinin əsas hissəsi bank depozitlərində saxlanılır, çünki bu, hazırda ən likvid sərmayə yatırımı istiqamətidir.

 

Ümumilikdə, investisiya yatırımları üçün daha üç istiqamətin olduğunu bildirən P.Quliyev qeyd edib ki, şirkət bu istiqamətlərə sərmayə yatırmağı hələlik planlaşdırmır. Bu, qiymətli kağızlar və daşınmaz əmlak bazarında iştirak, həmçinin müxtəlif şirkətlərdə iştirak payının alınmasıdır.

 

Şöbə müdirinin sözlərinə görə, yaxın 3 il ərzində «PASHA Həyat Sığorta»nın investisiya siyasəti dəyişməz qalacaq, lakin müəyyən vaxtdan sonra şirkət tərəfindən daşınmaz əmlaka sərmayə yatırılması mümkündür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR