Bank Of Baku

«PricewaterhouseCoopers» Azərbaycan Dövlət Neft Fondunun üç il üçün auditoru təyin edilib

«PricewaterhouseCoopers» Azərbaycan Dövlət Neft Fondunun üç il üçün auditoru təyin edilib
# 26 iyul 2013 06:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə xidmət təkliflərinin cəlb olunması prosedurasını keçirib.

 

Fonddan «APA-Economics»ə verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş «PricewaterhouseCoopers» şirkəti müsabiqənin qalibi müəyyən edilib. Bununla əlaqədar, artıq şirkət Azərbaycan prezidenti tərəfindən Fondun 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR