Bank Of Baku

«Qarant Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Qarant Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 22 aprel 2013 14:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qarant Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.


QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 250 manat, sayı 4 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir.


Emissiya «Qarant Sığorta» şirkətinin hər birinin nominal dəyəri 1 000 manat olan 4 min ədəd (ümumi həcmi 4 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 25% artaraq 5 mln. manata çatacaq.

 

Xatırladaq ki, «Qarant Sığorta» ASC 2009-cu ildə fəaliyyətə başlayıb və Azərbaycanın ən iri şirkətlər qrupundan biri olan «ZQAN Holding»ə daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR