Bank Of Baku

«Rabitəbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Rabitəbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 22 iyul 2013 07:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün «Rabitəbank» ASC adi sənədsiz adlı səhmlərinin yeni emissiyasının Bakı Fond Birjasında yerləşdirilməsinə başlayır. Birjadan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 492 854 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 007,66 manat təşkil edir.

 

Yerləşdirmədə anderrayter vəzifəsində «Chelsea Capital» MMC çıxış edir. Səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 25% artaraq 50 mln. manata çatacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR