Bank Of Baku

«Rabitəbank»ın depozit portfeli son bir ildə 66% artıb

«Rabitəbank»ın depozit portfeli son bir ildə 66% artıb
# 29 iyul 2013 09:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 215,850 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 50,4% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 38,6% artaraq 136,806 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 26,650 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə nisbətən 9,7% azdır. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 1,7% artaraq 5,970 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 1,6 faiz bəndi azalaraq 4,4%-ə düşüb.

 

Bankın depozit portfeli son bir ildə 65,9% artaraq 134,724 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 97,963 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 32,6% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 2 dəfə artaraq 43,946 mln. manat, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 40,000 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 30,8% artaraq 54 022, o cümlədən fiziki şəxslərin sayı 31,9% artaraq 53 429, hüquqi şəxslərin sayı 26,8% azalaraq 593 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 13 344-ə bərabər olub ki, bu da illik müqayisədə 40,0% çoxdur. O cümlədən, debet kartların sayı 20,3% artaraq 8 289-ə, kredit kartların sayı 1,9 dəfə artaraq 5 055-ə çatıb.


Hazırda bankın ölkə üzrə 22 filialı, 34 bankomatı, 580 POS-terminalı fəaliyyət göstərir. Bankın 450 işçisi var. Bank üzrə orta aylıq əmək haqqı 836 manata bərabərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR