Bank Of Baku

«Rabitəbank»ın mənfəəti kəskin artıb

«Rabitəbank»ın mənfəəti kəskin artıb
# 30 iyul 2013 07:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin 2013-cü ilin yanvar-iyun aylarında əldə etdiyi gəlirlərin həcmi 12,174 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 40,2% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın xərcləri 34,1% artaraq 11,439 mln. manata çatıb.

 

«Rabitəbank»ın hesabatına əsasən, ilk yarımillik ərzində bank 0,735 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur.

 

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 9,925 mln. manat, qeyri-faiz gəlirləri 2,249 mln. manat, faiz xərcləri 5,040 mln. manat, qeyri-faiz xərcləri isə 6,400 mln. manat olub. Son bir ildə bankın faiz mənfəəti 1,8 dəfə artaraq 4,855 mln. manata, qeyri-faiz zərəri 1,7 dəfə artaraq 4,181 mln. manata çatıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR