Bank Of Baku

«Rabitəbank»ın yeni regional filialı açılıb

«Rabitəbank»ın yeni regional filialı açılıb
# 04 iyul 2013 08:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin Ağsu rayonunda yeni filialı açılıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu, Bankın 2013-cü ilin əvvəlindən müştərilərinin istifadəsinə verdiyi ikinci yeni filialıdır.

 

«Ağsu filialı» rayon mərkəzinin M.Ə.Rəsulzadə küçəsində yerləşir. Bankın digər filialları kimi, «Ağsu filialı» əksər bank əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, kommunal və mobil ödəmələr üzrə müştərilərə xidmətlər göstərir.

 

Bu, «Rabitəbank»ın ölkə üzrə sayca artıq 20-ci filialıdır. Bu ilin iyunun 1-nə bankın məcmu aktivləri 290 mln. manat, müştərilərə verilən kreditlər 122 mln. manat, depozitlər 137 mln. manat, kapital isə 45 mln. manat təşkil edib.

 

Hazırda «Rabitəbank» paytaxtda 7 filialı ilə yanaşı regionlardan Ağsu, Sumqayıt, Ağcabədi, Şirvan, Şəmkir, Qusar, Quba, Xaçmaz, Şəki, Şamaxı, Kürdəmir, Gəncə, Lənkəran, Naxçıvanda filial və şöbələrlə əhaliyə geniş spektrdə bank məhsulları təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR