Bank Of Baku

«Renault» İrana qarşı tətbiq olunmuş sanksiyalar səbəbindən xeyli ziyana düşüb

«Renault» İrana qarşı tətbiq olunmuş sanksiyalar səbəbindən xeyli ziyana düşüb
# 27 iyul 2013 13:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Fransanın «Renault» avtomobil zavodu İrana qarşı tətbiq olunmuş sanksiyalar nəticəsində xeyli ziyana düşüb. APA-nın «Mehr» xəbər agentliyinə istinadən məlumatına görə, İrandakı fəaliyyətinə tamamilə son verildikdən sonra 2013-cü ilin ilk 6 ayında Fransa şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 87% azalaraq 97 mln. avroya düşüb. İrana qarşı sanksiyalar səbəbindən bu ölkədəki fəaliyyətini dayandırmaq məcburiyyətində qalan «Renault» ümumilikdə 512 mln. avro həcmində zərər çəkib. Halbuki şirkətin ötən ilin eyni dövründə gəliri 774 mln. avro olub. «Renault»un İranda heç bir zavodu olmasa da, başqa ölkələrdə istehsal edilən ehtiyat hissələri ilə yığım aparan bir müəssisəsi var. Lakin ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bu zavodun İrandan əldə etdiyi qazancın xaricə çıxarılmasını mümkünsüz edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR