Vergilər Nazirliyi "Sapphire Plaza İş Mərkəzi" MMC-ni dövlət qeydiyyatına alıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
MMC martın 7-də qeydiyyata alınıb. Onun qanuni təmsilçisi Vüqar Rəhmətovdur.
Şirkətin nizamnamə kapitalı 6 mln. 386 min 391 manat təşkil edir.