Bakı. Nicat Mustafayev – APA-Economics. Aprelin 23-dən etibarən Bakı Fond Birjasında (BFB) «TBC Kredit» bank olmayan kredit təşkilatının təmin edilməmiş, faizli adlı sənədsiz istiqraz emissiyasının yerləşdirilməsinə başlanacaq.
Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir, 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın «TBC Bank»ına, 25%-i isə ABŞ-ın «ShoreBank International Ltd.» təşkilatına məxsusdur. Hazırda «TBC Kredit»in nizamnamə kapitalı 10 mln. manat təşkil edir.