Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Təmiz Şəhər» ASC-nin adi sənədsiz adlı səhminin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmin nominal dəyəri 9 149 672 manat, sayı 1 ədəd, emissiyanın ümumi həcmi isə 9 149 672 manat təşkil edir.
Emissiya «Təmiz Şəhər»in nominal dəyəri 500 min manat olan 1 ədəd (ümumi həcmi 500 min manat) adi adlı sənədsiz səhminin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində ASC-nin nizamnamə kapitalı 18,3 dəfə artaraq 9 149 672 manata çatacaq.
Xatırladaq ki, «Təmiz Şəhər» ASC məişət tullantılarının toplanması, emalı və utilizasiyası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə təsis olunub.