Bakı. Vahab Rzayev – APA-Economics. Bu il Azərbaycanın «Unibank» ASC tərəfindən 183 ipoteka krediti verilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, həm güzəştli, həm də adi şərtlərlə verilən kreditlərin həcmi 7,5 mln. manatdan çoxdur.
Orta məbləği 41 min manat təşkil edən kreditləri götürən şəxslərin orta yaş həddi 32 olub. Orta müddəti 24 il olan ipoteka kreditləri ilə alınan evlərin orta dəyəri 61 min manat təşkil edib.
Qeyd edək ki, «Unibank» 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. «Unibank» müvəkkil banklar sırasına qoşulan vaxtdan indiyədək 800-dən artıq ipoteka krediti verib ki, bunun da 600-dən çoxu adi, 200-dən artığı isə güzəştli olub.