Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC Novruz bayramı günlərində də müştərilərə xidmət göstərəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 22-dən 26-dək bütün paytaxt filialları («Əhmədli», «Baksovet» və «Dərnəgül» filialları istisna olmaqla) saat 10:00-dan 14:00-dək işləyəcək.
Hər kəs bayram günlərində bankdan yalnız xırda istehlak kreditləri götürə və kredit ödənişlərini edə bilər. «Kəpəz» filialı istisna olmaqla, «Unibank»ın bütün bölgə filialları da işləyəcək.
Novruz bayramı münasibətilə martın 12-dən aprelin 1-dək «Unibank»dan nağd kredit alan hər bir müştəriyə «Visa Alkart» kredit kartı hədiyyə olunur. Bayram hədiyyəsi olan 500 manat limitli bu kart pulsuz verilir və heç bir komissiya haqqı ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür.
«Unibank»da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5 min manatadək kredit ala bilər. Bu kampaniya çərçivəsində hər kəs 3-6 ay müddətinə 6% endirimlə kredit götürə bilər.
«Unibank»ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. Bank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Başqa banklara borcu olanlara da kredit verilir.