Bank Of Baku

«Unibank» manat əmanətləri üzrə faiz dərəcələrini artırıb

«Unibank» manat əmanətləri üzrə faiz dərəcələrini artırıb
# 12 noyabr 2012 13:31 (UTC +04:00)

 

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC  manatla yerləşdirilən əmanətlər üzrə faiz dərəcələrini artırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq bankda 36 ay müddətinə, yüksək faizlə depozit yerləşdirmək mümkündür.

 

Yeni faiz dərəcələrinə görə, 12 ay müddətinə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda illik 12%, faizlərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq illik 12,1% və 12,2% hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə illik 12,5%  hesablanır.

 

Bundan əlavə 18 aylıq əmanətlər üzrə faizlərin ayda bir dəfə, rübdə və yarım ildə bir dəfə alınmasına görə, uyğun olaraq illik 12,5%, 12,6% və 12,7% hesablanır. Bu müddətə olan əmanətlərin faizlərinin depozit müddətinin sonunda alınması isə, müştəriyə 13%-lik gəlir qazandırır.

  

Eyni zamanda 24 ay müddətinə qoyulan depozitlərə illik 12,8% hesablanır. Faizlərin yarım ildə bir dəfə götürüləcəyi halda hesablanan faizlər 13%, ildə bir dəfə götürüləcəyi vəziyyətdə isə 13,2%-dir. Həmçinin 2 illik əmanətlərin faizi depozit müddətinin sonunda götürülərsə, bu zaman əmanətçinin vəsaitinə illik 13,5% hesablanır.

 

«Unibank» yeni məhsulu olan 36 aylıq əmanətlər üzrə yüksək faizlər təklif edir. Faizlər ildə bir dəfə alınarsa, depozit üçün illik 13,8% hesablanır. Faizlərin depozit müddətinin sonunda götürüləcəyi halda isə, depozitə görə hesablanan faizlər maksimal həddə - illik 15,7%-lə ödənilir:

 

Qeyd edək ki, müddətli əmanətlərdə minimal məbləğ 500 AZN (USD, EUR) təşkil edir, 36 aya cəlb edilən əmanətlər, yalnız manatla qəbul olunur. «Unibank»dan əmanətçilərə plastik kart hədiyyə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR