Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC Bakı şəhərinin Xəzər rayonunda Mərdəkan qəsəbəsində filial açıb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, qəsəbənin Sergey Yesenin küçəsi,100 ünvanında yerləşən «Mərdəkan» filialı nağd istehlak kreditləri, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək.
Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət yetirir. Bundan başqa fərdi müştərilər üçün həmçinin kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul çeşidi təklif olunur.
Qeyd edək ki, «Unibank»ın filialları şənbə günlərində tam iş qrafikinə keçib.