Bank Of Baku

«Unibank» nizamnamə kapitalını artırıb

«Unibank» nizamnamə kapitalını artırıb
# 18 dekabr 2013 12:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC ümumi həcmi 6 000 048 manat təşkil edən yeni səhm emissiyasının yerləşdirilməsini tam başa çatdırıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir.

 

Sənədsiz adlı imtiyazlı səhmlərdən ibarət olan emissiya çərçivəsində hər birinin nominal dəyəri 2,72 manat olan 2 205 900 ədəd səhm buraxılaraq yerləşdirilib.

 

Məlumata əsasən, emissiyanın yekunları haqqında hesabat artıq dövlət qeydiyyatına alınıb.

 

Beləliklə, «Unibank» bu səhm emissiyası ilə nizamnamə kapitalını 9,3% artıraraq 70 565 232 manata çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR