Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Unibank» ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (
Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 551,8 mln. manat, kredit portfeli 403,3 mln. manat, depozit portfeli 314,9 mln. manat, məcmu kapitalı 64,4 mln. manat, o cümlədən nizamnamə kapitalı 61,565 mln. manat təşkil edib.