Bank Of Baku

«Unibank» polis əməkdaşları üçün güzəştli kredit kampaniyası keçirir

«Unibank» polis əməkdaşları üçün güzəştli kredit kampaniyası keçirir
# 02 iyul 2013 08:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Unibank» ASC 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının əməkdaşları üçün güzəştli şərtlərlə kredit kampaniyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, avqustun 15-dək «Unibank»dan kredit götürən bu peşə sahiblərinə 2% endirim ediləcək.

 

Kreditin maksimal məbləği  7 500 manat, ödəniş müddəti isə 48 ayadəkdir. Üstəlik kampaniya çərçivəsində kredit götürən polislərə böyük imtiyazlar verəcək üzvlük kredit kartları hədiyyə edilir.

 

Qeyd edək ki, «Unibank»dan nağd kredit götürən hər bir müştəri üçün maksimal yaş həddi 70-dir, aylıq gəlirlərin məbləğinə və əmək stajına heç bir tələb qoyulmur. Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günləri də tam iş qrafikinə (nahar fasiləsiz) keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR