Bank Of Baku

«Unibank» təmir üçün güzəştli kreditlər verir

«Unibank» təmir üçün güzəştli kreditlər verir
# 22 iyul 2013 09:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC müştərilərə evlərin təmiri üçün kreditlər təklif edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bank maksimal məbləği 7 500 manat olmaqla, faiz dərəcəsində 3% endirimlə, 48 ay müddətinədək təmir kreditlərinin verilməsinə başlayıb.

 

Zaminsiz və arayışsız olan təmir krediti götürən müştərilərə «Unibank»ın xidmətlərindən müəyyən güzəşt hüququ verən «Üzvlük kartı» da veriləcək.

 

Qeyd edək ki, «Unibank»dan nağd kredit götürən hər bir müştəri üçün maksimal yaş həddi 70-dir, kredit götürənlərin aylıq gəlirlərinin məbləğlərinə və əmək stajlarına isə heç bir tələb qoyulmur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR