Bank Of Baku

«Unibank»ın filialları şənbə günləri də tam iş qrafiki ilə işləyəcək

«Unibank»ın filialları şənbə günləri də tam iş qrafiki ilə işləyəcək
# 19 noyabr 2012 13:13 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin filialları həftənin şənbə günləri də tam iş qrafiki ilə işləyəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə,  Bakıda yerləşən 11 saylı və 16 saylı filialları istisna olmaqla, baş ofisin müştərilərə xidmət bölməsi, paytaxt və bölgələrdəki 24 filial, şənbə günləri saat 09:00-dan 18:00-dək fasiləsiz işləyəcək, əməliyyatlar isə saat 17:00-dək aparılacaq.

 

«Unibank» filiallarının şənbə günləri tam iş qrafikində xidmət göstərməsi, müştərilərə istirahət günündə də Bankın xidmətlərindən maksimal həddə faydalanmaq imkanı verəcək.

 

Hazırda bankın Bakı və Abşeronun əksər ərazilərini əhatə edən və bir sıra bölgələrdə mövcud olan 26 filialı müxtəlif bank xidmətləri göstərir. Bankın filiallarından kənar xidmət məntəqələri isə məişət və kompüter texnikası, mobil telefon, mebel və digər məhsulların kreditləşdirilməsini həyata keçirir.

 

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə «Unidirect» xidməti də fəaliyyət göstərir. «Unidirect» xidmətinin məqsədi müştərilərə banka gəlmədən, xidmət təklif etməkdir. Belə ki, müştəri iş yerini və ya yaşayış yerini tərk etmədən istehlak krediti üçün müraciət edərək, krediti öz ünvanında əldə edir. Bu xidmətdən istifadə etmək üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

 

Qeyd edək ki, «Unibank» istehlakçılara 3 000 manatadək krediti girovsuz və zaminsiz verir. Bu kreditlər 30 aya qədər müddətə təqdim olunur. Məbləğ borcalanın gəlirlərindən asılı olaraq 300 manatdan 7 000 manatadək dəyişir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR