Bakı. Vahab Rzayev – APA-Economics. «Bank VTB (Azərbaycan)» ASC-nin 2013-cü ilin yanvar-iyun aylarında əldə etdiyi gəlirlərin həcmi 8,135 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın xərcləri 71,4% artaraq 6,577 mln. manata çatıb.
«VTB-Azerbaijan»ın hesabatına əsasən, I yarımillik ərzində bank 101 min manat həcmində mənfəət əldə edib. Ötən ilin yanvar-iyun aylarını isə bank 59 min manat zərərlə başa vurub.
Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 7,112 mln. manat, qeyri-faiz gəlirləri 1,023 mln. manat, faiz xərcləri 2,392 mln. manat, qeyri-faiz xərcləri isə 4,186 mln. manat olub. Son bir ildə bankın faiz mənfəəti 2,2 dəfə artaraq 4,720 mln. manata, qeyri-faiz zərəri 23,0% artaraq 3,163 mln. manata çatıb.