Bank Of Baku

«Xalq Bank»ın aktivləri son bir ildə 60% artıb

«Xalq Bank»ın aktivləri son bir ildə 60% artıb
# 25 iyul 2013 09:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 1 276,920 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 59,5% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2 dəfə artaraq 971,906 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 51,603 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 81,7% çoxdur.

 

Bankın depozit portfeli son bir ildə 41,1% artaraq 868,270 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 644,077 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 10,9% artaraq 197,396 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 169,099 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 62,7% artaraq 39 991, o cümlədən fiziki şəxslərin sayı 63,2% artaraq 37 679, hüquqi şəxslərin sayı 23,7% artaraq 1 794 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 12 197-yə bərabər olub ki, bu da illik müqayisədə 7,6% azdır. O cümlədən, debet kartların sayı 14,3% azalaraq 9 553-ə, kredit kartların sayı 30,7% artaraq 2 644-ə çatıb.


Hazırda bankın ölkə üzrə 22 filialı, 38 bankomatı, 76 POS-terminalı fəaliyyət göstərir. Bankın 471 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR