Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AFB Bank” ASC-nin aktivlərinin həcmi 2015-cü ilin I rübündə 293,187 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,42% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,86% artaraq 207,381 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 11,58% azalaraq 74,711 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 22,944 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,61 dəfə çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 48,39% artaraq 79,047 mln. manata çatdığı halda, nizamnamə kapitalı 66,24% artaraq 70 mln. 393 min manat təşkil edib.
Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 2,270 mln. manat təşkil edib.