Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Albalı Plus” kartına sahib olanlar partnyor olmayan mağazalarda belə sərfəli ödənişli - aylar üzrə hissə-hissə ödəməyə imkan verən alış-veriş edə bilirlər.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, çünki “Albalı Plus” kartlarında qeyri-partnyor mağazalarda hissəli ödənişə imkan verən SMS xidməti mövcuddur. Dünyanın istənilən ölkəsində “Albalı Plus” kartı ilə aparılan ödənişləri hissələrə bölmək mümkündür.
Bu xidmət “Unibank” kartı ilə başqa bankların POS-terminallarında, internetdə aparılan əməliyyatların 3 və 6 aya bərabər hissələrlə ödənişinə imkan verir. Belə ki, “Albalı Plus” kartı ilə başqa bankın POS-terminalında və internet saytlarda əməliyyat etdikdə, müştriyə qalıq balans haqqında gələn mesajın sonunda ödənişin aylara bölünməsini istəyib-istəmədiyi soruşulur. Müştəri 3 və ya 6 müddəti seçmək istədiyi haqda məlumatı və müvafiq kodu qeyd olunan müddətdə 8893-ə göndərərək, hissəli ödəniş xidmətindən faydalana bilir. Məsələn, ödənişinizin 3 aya bölünməsini istəyirsinizsə, T3 123456789 yazıb 8893-ə göndərirsiniz.
“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - “Albalı Plus” kartında birləşdirib. Artıq “Unibank” müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın “Facebook” səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.