Bakı - APA-Economics. 2014-cü il sığorta bazarı üçün çətin il olub.
"APA-Economics"in xəbərinə görə, bunu "Alfa Sığorta" şirkətinin Direktorlar Şurasının sədri Elşad Əliyev deyib.
"Ötən il hökumət bankları siyasətlərini dəyişməyə vadar etdi. Avtomobil kreditləşməsi qaydaları dəyişənə qədər sığorta bazarının 60-70%-i bu məhsuldan asılı idi. Bundan sonra bazar iştirakçıları gələcək planlarını qurmağa başladı. Lakin bizim vəziyyətimiz fərqli idi, çünki bizim satışlarımızın yalnız 30%-i avtokreditləşmədən asılı idi. Buna baxmayaraq, biz də siyasətimizi dəyişdik və 2014-cü ildə satışlarımız 2 dəfə artırdıq", - deyə E. Əliyev qeyd edib.
O əlavə edib ki, sığorta şirkətləri sənaye sektoruna marağı artırmalıdır. "Biz də bu sahəyə marağı artırmalıyıq. Çünki dövlət bu sektoru inkişaf etdirir", - deyə şirkət rəhbəri bildirib.