Bank Of Baku

"Anglo Asian Mining" qızıl satışından əldə etdiyi gəlirləri açıqlayıb

"Anglo Asian Mining" qızıl satışından əldə etdiyi gəlirləri açıqlayıb
# 13 oktyabr 2016 10:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin III rübündə Azərbaycanın Gədəbəy rayonunda yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb.

 

"APA-Economics"in "Anglo Asian Mining" şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, bu ilin III rübü ərzində Gədəbəyin yataqlarından şirkət tərəfindən 16 497 unsiya  qızıl hasil edilib. Bununla da bu il istehsal olunan qızılın həcmi 49 874 unsiyaya çatıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,82% azdır. Qeyd edək ki, bu ilin II rübündə sözügedən yataqlardan 19 375 unsiya qızıl istehsal edilib.

 

Məlumata görə, hesabat dövründə 485 ton mis, 33 899 unsiya gümüş istehsal olunub. İl ərzində isə 114 915 unsiya gümüş, 1363 ton mis hasil olunub. Başqa sözlə, 2015-ci illə müqayisədə gümüş istehsalı 10,5 dəfə artıb, mis istehsalı isə 2,5 dəfə artıb.

 

Bildirilib ki, bu ilin III rübündə 12 567 unsiya qızıl satılıb ki, bunun da hər unsiyasının orta qiyməti 1 332 dollar təşkil edib. Başqa sözlə, hesabat dövründə şirkət qızıl satışından 16 739 244 ABŞ dolları gəlir əldə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR