Bank Of Baku

"AtaHoldinq" öhdəliklərini kəskin artırıb

"AtaHoldinq" öhdəliklərini kəskin artırıb
# 07 iyul 2015 14:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə "AtaHolding" ASC-nin aktivləri 44,8% artaraq 632 mln. 193,223 min manat təşkil edib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "PriceWaterhouseCoopers Azerbaijan" audit şirkəti tərəfindən aparılan konsolidə edilmiş maliyyə hesabatında deyilir.

 

Holdinqin aktivlərinin tərkibinə gəlincə, burada Mərkəzi Bankda yerləşdirilən məcburi ehtiyatların payı 8,517 mln. manat, banklardan alınacaq vəsaitlərin payı 16,472 mln. manat, müştərilərə verilən kreditlərin payı 447,221 mln. manat, satıla bilən investisiyaların payı 39,095 mln. manat, asılı müəssisəyə investisiyalar 24,150 mln. manat, təxirə salınmış mənfəət vergisi aktivlərinin payı 2,111 mln. manat, əmlak, avadanlıq və qeyri-maddi aktivlərin payı 26,660 mln. manat, sair aktivlərin payı isə 12,206 mln. manatdır.

 

"AtaHolding"in öhdəlikləri 44,1% artaraq 523 mln. 557,857 min manata çatıb. Burada ən iri pay sahibi müştərilər və banklar tərəfindən yerləşdirilmiş depozitlərdir ki, onların həcmi 440,4 mln. manatdan artıqdır.

 

ASC-nin nizamnamə kapitalı 49,4% artaraq 125,345 mln. manata çatıb. Holdinqin cəmi kapitalı ötən il 48,5% artaraq 108,635 mln. manat təşkil edib.

 

Holdinq ötən ili 2 mln. 229,869 min manatlıq zərərlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR