Bank Of Baku

"Azər-Türk Bank"ın 100 mln. manatlıq krediti "Aqrarkredit"ə ötürülüb

"Azər-Türk Bank"ın 100 mln. manatlıq krediti "Aqrarkredit"ə ötürülüb
# 22 may 2017 14:39 (UTC +04:00)

2016-cı ilin iyul ayında "Azər-Türk Bank" ASC həmin dövrdə ciddi likvidlik problemi olan "Bank Standard" QSC-yə 100 mln. manat məbləğində kredit verib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə bankın 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat "Ernst&Young CIS" audit şirkəti tərəfindən aparılıb.


Kredit dövlət proqramı əsasında, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təqdim edilən maliyyələşmə hesabına verilib.

 

2016-cı ilin sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Bank Standard" QSC-ni müflis elan edib və lisenziyasını ləğv edib.

 

Kredit 31 dekabr 2016-cı il tarixinə ödənilməmiş qalıb. Rəhbərlik hesab edir ki, "Azər-Türk Bank" "Bank Standard" QSC-yə kreditin verilməsindən etibarən həmin kredit üzrə kredit riski daşımayıb. Bu fərziyyə 2016-cı il ərzində dövlət orqanlarından əldə edilən müxtəlif sübutlarla əsaslandırılır. 31 dekabr 2016-cı il tarixinə "BankStandard" QSC-yə verilmiş kreditin qalığı 103,319 mln. manat təşkil edib. Bundan sonra, Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən "Bank Standard" QSC-yə verilmiş kreditlər və "Azər-Türk Bank"ın AMB qarşısındakı öhdəlikləri "Aqrarkredit” QSC-yə ötürülüb.

 

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayının 4-dən "Bank Standard" QSC-də sığorta hadisəsi baş verib. "Əmanətlərin sığortalanması haqqında" qanunun 28.1-ci maddəsinə uyğun olaraq bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə həmin ilin oktyabrın 11-dən etibarən başlanıb. 2017-ci ilin mayın 16-dək "Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 437 mln. 345 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1%-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR