Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin ümumi həcmi 2013-cü il dekabrın 1-nə 20 183,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 27,2% çoxdur.
«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ötən ilin yanvar-noyabr ayları ərzində aktivlərin həcmi 22,1%, təkcə noyabr ayında isə 3% artıb.
Hesabat dövründə kommersiya banklarının məcmu kredit qoyuluşları 2013-cü il dekabrın 1-nə 14 812,2 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 29,8% çoxdur. Eyni zamanda, ötən ilin yanvar-noyabr ayları ərzində kredit qoyuluşlarının həcmi 23,8%, noyabr ayında isə 1,7% artıb.