Bank Of Baku

"Azərbaycan Sənaye Korporasiyası" 8 şirkətinin əmlakını qiymətləndirəcək şirkətin adını açıqlayıb

"Azərbaycan Sənaye Korporasiyası" 8 şirkətinin əmlakını qiymətləndirəcək şirkətin adını açıqlayıb
# 20 fevral 2018 10:59 (UTC +04:00)

"Azərbaycan Sənaye Korporasiyası" ASC 8 şirkətin əmlakının qiymətləndirilməsi ilə bağlı elan etdiyi tender prosesi yekunlaşıb.

 

"APA-Economics"in məlumatına görə, "Davud Mamedov" MMC bununla bağlı tenderin qalibi elan edilib.

 

Bu ilin fevralın 12-də "Azərbaycan Sənaye Korporasiyası" sözügedən şirkət ilə 49250 manatlıq satınalma müqaviləsi imzalayıb.

 

Qeyd edək ki, ötən ilin noyabrın 6-da Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC-nin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, ASK-nın nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində olan və ASK ASC-nin mülkiyyətinə veriləcək əmlak hesabına formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR