Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2013-cü il iyunun 1-nə 11 434,8 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 550,3 mln. manat və ya 15,7%, bu ilin əvvəlindən isə 735,6 mln. manat və ya 6,9% artıb.
Depozitlərin tərkibində 5 891,5 mln. manat və ya 51,5% ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2012-ci ilin iyunun 1-nə nisbətən 1 549,8 mln. manat və ya 35,7%, o cümlədən, bu ilin əvvəlindən 778,1 mln. manat və ya 15,2% artıb.
Eyni zamanda, hüquqi şəxslərin depozitləri iyunun 1-nə 5 543,4 mln. manata bərabər olub. Bu göstərici son bir ildə 0,6 mln. manat və ya 0,01% artsa da, ilin əvvəlindən 42,5 mlın. manat və ya 0,8% azalıb.
Hüquqi şəxslərin depozitlərinin strukturunda 2 653,3 mln. manat və ya 47,9% maliyyə təşkilatların depozitləri, 2 890,1 mln. manat və ya 52,1% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.