Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı 184,6 min nəfər təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı 8,0% artaraq 757,7 manata çatıb.
İşçilərin 35,4 min nəfəri mədənçıxarma, 96,4 min nəfəri emal, 27,9 min nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 24,9 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışıblar.
Əmək haqqının daha çox artımı emal bölməsinin maşın və avadanlıqların quraşdırılması və təmiri, avtomobil və qoşquların, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı, toxuculuq sənayesi, hazır metal məmulatlarının istehsalı müəssisələrində müşahidə olunub.
Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 11,5% artaraq 957,4 manat təşkil edib.