Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında ölkədə 21,3 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% çox ümumi daxili məhsul istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sahələrində əlavə dəyər istehsalında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6%, neft-qaz hasilatı və istehsalı sektorunda isə 2,4% artım müşahidə edilib.
Qeyri-neft sahələrinin ÜDM-də xüsusi çəkisi 66,1%-ə çataraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4% bəndi artıb.
ÜDM-in 11,4 mlrd. manatı (53,4%-i) iqtisadiyyatın istehsal, 8,0 mlrd. manatı (37,5%-i) xidmət sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib.