Bank Of Baku

"Azərpoçt" maliyyə xidmətilərini həyata keçirmək üçün Mərkəzi Bankdan icazələrin alınması işini davam etdirir

"Azərpoçt" maliyyə xidmətilərini həyata keçirmək üçün Mərkəzi Bankdan icazələrin alınması işini davam etdirir
# 26 oktyabr 2015 07:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərpoçt" MMC-nin tabeliyində olan poçt filiallarının bütün lisenziyalı poçt şöbələri "Contact", "Caspian Money Transfer", "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sisteminə qoşulub və əhalinin istefadəsinə verilib.

 

"APA-Economics"in xəbərinə görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun "Xalq" qəzetində dərc olunan məqaləsində deyilir.

 

V. Zeynalov qeyd edib ki, maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankdan icazələrin alınması işi davam etdirilib.

 

Apar rəhbəri yazır ki, hazırda MMC 15 ATM və 127 POS-terminal vasitəsilə ekvayer fəaliyyətini həyata keçirir: "Sözügedən POS-terminallardan 10-u ötən 9 ay ərzində quraşdırılıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR