Bank Of Baku

"Azərxalça" gömrükçülər üçün təlim keçir

"Azərxalça" gömrükçülər üçün təlim keçir
# 27 fevral 2018 14:44 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları üçün "Azərxalça" ASC-də təşkil olunan ongünlük təlim kursu başa çatmaq üzrədir.

 

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, təlimdə məqsəd gömrükçülərin xalça və digər toxuma məmulatları haqqında bilgilərini artırmaq və bu qəbildən olan məmulatların sərhədkeçmə prosesində gömrük işinin daha səmərəli və sürətli şəkildə reallaşdırılmasına nail olmaqdır.

 

Təlim kursunda "Azərxalça" ASC İdarə Heyətinin sədri Vidadi Muradov və cəmiyyətin mütəxəssisləri tərəfindən Azərbaycan xalçaçılıq məktəbinin tarixi, xalçaçılıq qrupları, bu qrupların özünəməxsus xüsusiyyətləri barədə məlumat verilir.

 

Təlim prosesində xalçaların xüsusiyyətindən bəhs edən filmlər nümayiş olunur, cəmiyyətin emalatxanasında xalçaların toxunma prosesi, tarixi dəyəri olan və cəmiyyətin fondunda saxlanılan xalçaçılıq nümunələri əyani şəkildə göstərilir, müxtəlif bölgələrə və mədəniyyətlərə aid xalçaların oxşar və fərqli cəhətləri ətraflı şəkildə izah edilir.

 

Əldə edilən bu biliklər gömrük əməkdaşlarına gömrük nəzarəti zamanı tarixi dəyəri olan məmulatları vaxtında və düzgün şəkildə aşkarlamaq, eləcə də sertifikatlaşdırma prosesində yol verilən xətaları aradan qaldırmaq işində faydalı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR