Bank Of Baku

"AzSığorta" sürücü və piyadalara müraciət edib

"AzSığorta" sürücü və piyadalara müraciət edib
# 06 noyabr 2015 08:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "AzSığorta" sürücü və piyadalara müraciət edib.

 

Şirkətdən "APA-Economics"ə verilən xəbərə görə, bu ilin 9 ayı ərzində ölüm ilə nəticələnən 30-dan çox hadisə baş verib ki, bu hadisələr üzrə sığorta ödənişləri 205 min manat təşkil edib.

 

57 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu hadisələr üzrə isə sığorta ödənişləri 125 min manat təşkil edib.

 

"Bizim təcrübəmizə görə, insanların ən çox bu səbəblərə görə xəsarət alır: sürücülər, yol hərəkəti qaydalarına və sürət rejiminə riayət etmir, təhlükəsizlik kəmərindən istifadə etmir,       sürücülər, yağış, qar, buz, duman və güclü külək kimi hava şəraitini nəzərə almayaraq, sürəti azaltmırlar, sürücülər, avtomobilin texniki vəziyyətinə, ilk növbədə, təkərlərin, əyləc sisteminin, şassinin, şüşə silənlərin və faraların vəziyyətinə diqqət vermirlər, piyadalar, yol keçərkən yeraltı və piyada keçidlərdən istifadə etmirlər, həmçinin, çətin hava şəraitində nəqliyyat vasitələrin sürətini və əyləc məsafəsini düzgün qiymətləndirmirlər", - deyə şirkətdən bildirilib.

 

Bunu nəzərə alaraq, "AzSığorta" həm sürücüləri, həm də piyadaları son dərəcədə diqqətli olmağa və ortada insan həyatlarının olmasını unutmamağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR