Bank Of Baku

BFB-nin dövriyyəsi 2,3 dəfə artıb

 BFB-nin dövriyyəsi 2,3 dəfə artıb
# 06 iyun 2017 15:38 (UTC +04:00)

2017-ci ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 3 mlrd. 334 mln. 187 min 306,22 manat təşkil edib.

 

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 5 ayda dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 2,99 dəfə artaraq 719 mln. 280 min 973 manat təşkil edib.

 

Hesabat dövründə pay bazarında və borc alətləri bazarında isə ciddi artım qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 99 dəfə artaraq 601,346 mln. manata, borc alətləri bazarı 8,6 dəfə artaraq 284 mln. 443 min 753 manata yüksəlib.

 

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçandır. Ötən ilin ilk 5 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 45,63% artaraq 1 mlrd. 717,539 mln. manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR